Van Qoqun otağı 10 dollara kirayə veriləcək

Van Qoqun otağı 10 dollara kirayə veriləcək
calendar 12 fevral 2016
clock 13:18

Çikaqo İncəsənət İnstitutunun məşhur rəssam Van Qoqun əsərləri əsasında otaqlar hazırlayıb. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə layihə Van Qoqun əsərlərinin sərgisi çərçivəsində təşkil ediləcək.

14 fevral-10 may arasında baş tutacaq sərgidə rəssamın 1888-1889-cu illərdə üç versiyada çəkdiyi “Otaq” əsərləri də ilk dəfə sərgilənəcək.

İnstitutun təşkilatçılığı ilə ev kiralama saytlarından götürülən mənzillər Van Qoqun Arldakı yataq otağının formasında dizayn edilib. Otaqlar gecəsi 10 dollardan kirayə veriləcək.

view 1214 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news