“Zero” nəşriyyatı Kafka və Ekodan başladı

“Zero” nəşriyyatı Kafka və Ekodan başladı
calendar 29 may 2013
clock 09:33

Azərbaycanda "Cib kitabı" seriyasının nəşrinə başlanıldı. Kulis.Az-ın məlumatına görə yeni yaradılan "Zero" nəşriyyatının ilk iki kitabı artıq işıq üzü görüb.

Nəşriyyat oxuculara Frans Kafkanın hekayələrindən ibarət "İmperatorun sifarişi" və Umberto Ekonun "Esselər" kitabını təqdim edir. Hər iki kitab "Cib kitab"ı seriyasından işıq üzü görüb.

Kitabların qiyməti 2.50 manatdır.

Kitabları şəhərin kitab mağazalarından əldə edə bilərsiz.

Nəşriyyatdan verilən məlumata görə, "Cib kitabı" seriyasının nəşrində məqsəd məşhur dünya müəlliflərini aztəminatlı təbəqə üçün daha da əlçatan etməkdir.

Kitabların yığcamlığı isə onları hər bir məkanda oxumaq üçün əlverişli edir. Seriyada yerli müəlliflərin əsərlərinin dərci də nəzərdə tutulur.

view 2095 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news