Gənclər üçün Prezident Mükafatı təsis edildi

Gənclər üçün Prezident Mükafatı təsis edildi
calendar 3 iyul 2013
clock 09:54

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərman imzalayıb.
AzərTAc xəbər verir ki, Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı təsis edilib.

“Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” də təsdiq olunub. Nazirlər Kabinetinə tapşırılıb ki, “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

view 1809 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news