"Yarımçıq əlyazma" Berlində təqdim olunacaq

"Yarımçıq əlyazma" Berlində təqdim olunacaq
calendar 31 yanvar 2014
clock 13:18

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı fevralın 10-da Berlində təqdim olunacaq. Bu barədə Kulis.Az-a yazıçının özü məlumat verib. Kamal Abdullanın dediyinə görə təqdimat Humboldt adına Universitetdə baş tutacaq: “Avstriyada alman dilində çap olunmuş “Yarımçıq əlyazma” romanımın Berlində də təqdimetmə mərasimi keçiriləcək, təqdimatda mən özüm də iştirak edəcəm”.

Yazıçının “Yarımçıq əlyazma” romanı dünyanın müxtəlif dillərinə tərcümə olunub.

view 1654 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news