Anar: “... saytlara müsahibə verməyəcəm”

Anar: “... saytlara müsahibə verməyəcəm”
calendar 2 iyul 2014
clock 16:08

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bəzi mətbuat orqanlarına müsahibə verməyəcəyini bildirib.

Kulis.az-ın ayb.az-a istinadən verdiyi xəbərə görə Anar yalnız onun adından deyilənlərə yox, özünün dediyi sözlərə cavabdeh olduğunu söyləyib.

Xalq Yazıçısı deyib ki, dedikləri qərəzli şəkildə təhrif edildiyinə, ucuz sensasiya xətrinə sözlərini konteksdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdiklərinə görə müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcək: “Özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar”.

view 2609 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news