Avropalı kinematoqrafçılar Azərbaycana gəlir

Avropalı kinematoqrafçılar Azərbaycana gəlir
calendar 3 sentyabr 2014
clock 12:42

“Azərbaycanfilm” kinostudiyası Azərbaycan kinematoqrafçıları ilə Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüşünü təşkil edəcək. Sentyabrın 30-u və oktyabrın 1-i nəzərdə tutulan görüş Nizami Kino Mərkəzində baş tutacaq.

“Azərbaycan filmlərinin avropalı əməkdaşlarla birgə hazırlanması və koprodakşn” mövzusunda fransız prodüseri Guillaume de Seille, niderlandlı ssenarist Roelof Jan Minneboo təlimat keçəcəklər.

“Festival və Marketinq strategiyası” mövzusunda Karlovı Varı Beynəlxalq Film Festivalının bədii direktoru Karel Och və Guillaume de Seille çıxış edəcəklər.

Görüşdə iştirak etmək üçün sentyabrın 25-nə kimi qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyaydan keçmək və əlavə məlumat əldə etmək üçün [email protected] ünvanına müraciət edə bilərsiz.

view 1697 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news