İlqar Kamilin “Səmavi Mesajlar”ı nəşr olundu

İlqar Kamilin “Səmavi Mesajlar”ı nəşr olundu
calendar 29 sentyabr 2014
clock 16:16

Araşdırmaçı-yazar İlqar Kamilin kitabı nəşr olunub. Kulis.Az məlumatına görə “Səmavi mesajlar” adlanan kitab “Parlaq imzalar” nəşriyyatında dərc olunub.

"Səmavi mesajlar" kitabı insanları baş qarışdıran gündəlik qayğılardan, qaçhaqaçlardan bir az ayıracaq, şəhərin beton binaları ilə sərhədlənmiş gözlər səmalara dikiləcək, oxucular bu dəfə həyata səmavi mesajlar aspektindən baxacaqlar.

Kitabda Quran və İncildən seçilmiş ayələr üzərində müasir yanaşma ilə təhlillər aparılır və həmin ilahi kəlamlardan ilhamlanaraq mövzu ətrafında önəmli və fərqli baxış ilə günümüzün problemləri təhlil olunur. Dövrümüzə uyğun praktiki, həyata yön verəcək nəticələr əldə edilir.

view 1534 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news