“Xəzər” jurnalının növbəti sayı işıq üzü görüb

“Xəzər” jurnalının növbəti sayı işıq üzü görüb
calendar 4 avqust 2015
clock 15:56

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı işıq üzü görüb.

Bu barədə Kulisə jurnalın redaksiyasından bildiriblər.

“Xəzər”in bu sayında Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı, Amerika şairi Enn Sekstonun şeirləri, ingilis yazıçısı İen Makyuenin "Boltype" jurnalına verdiyi müsahibə və "Şkaf-adamla söhbət" hekayəsi işıq üzü görüb.

Daha sonra, oxucular jurnalınbu sayından "Tarixin axarını dəyişən məktublar" başlığı altında türk xaqanlarının yazışmalarını, Con Perkinsin "Killerin etirafları" kitabından parçaları, Yuri Kuznetsovun şeirlərini, çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellasını, müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsini və başqa maraqlı materiallar oxuya bilərlər.

view 999 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news