Ceylan Somaya görə Kann ziyafətini təxirə saldı

Ceylan Somaya görə Kann ziyafətini təxirə saldı
calendar 16 may 2014
clock 14:58

Xəbər verdiyimiz kimi bu gün Kann festivalının əsas müsabiqəsində türk rejissoru Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi göstəriləcək.

Festival rəhbərliyi filmin nümayişindən sonra Ceylanın şərəfinə veriləcək ziyafəti Somadakı faciə səbəbindən ləğv edib.

Bununla belə, yenə də ikinci təqdimat nəzərdə tutulur. Amma ziyafət olmayacak.

Soma faciəsi ilə bağlı Türkiyənin Mədəniyyət Naziri Ömer Çelikin Kanna nəzərdə tutulan səfəri də ləğv edilib. Amma nazirliyin digər təmsilçiləri rejissoru tək buraxmayıb.

Filmin baş rol ifaçıları Haluk Bilginer, Demet Akbağ ve Melisa Sözen də filmin nümayişinə qatılacaqlar.

view 1852 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news