Yuğ Dövlət Teatrının direktoru işgüzar səfərdədir

Yuğ Dövlət Teatrının direktoru işgüzar səfərdədir
calendar 24 may 2017
clock 12:17

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir.

Kulis.azın verdiyi xəbərə görə, həmvətənimiz Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək “Creativ Europe” proqramında iştirak etmək üçün dəvət alıb.

25-26 may tarixlərində gerçəkləşəcək layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə məsləhətçi kimi dəvət olunan T.Rəsulov Ukraynadan təqdim edilmiş layihələrin seçilməsində və formalaşdırılmasında iştirak edib.

Layihə çərçivəsində Yuğ Teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

view 1038 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news