Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin olunub

Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin olunub
calendar 22 iyun 2017
clock 15:33

Gəncə Dövlət Filarmoniyasına yeni rəhbər təyin edilib.

APA-nın qərb bürosunun məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Gəncədə keçirilən regional müşavirədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərovun Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin olunduğunu açıqlayıb. S. Cəfərov şəhər mədəniyyət ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının bundan əvvəlki rəhbəri Gülcin Mirzəyeva idi.

view 1036 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news