Ədalət Əsgəroğlunu ölümündən əvvəl kim əsəbiləşdirib?

Ədalət Əsgəroğlunu ölümündən əvvəl kim əsəbiləşdirib?
calendar 1 oktyabr 2013
clock 11:07

Dünən gecə dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ölümündən 2-3 gün əvvəl möhkəm əsəbiləşib.

Şair Dayandur Sevginin Kulis.Az-a verdiyi xəbərə görə mərhumun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşüb: “Bizim otaqlarımız bir-birinə yaxın idi. Otağımdan Ədalət müəllimin səsini eşitdim. Tanımadığım bir nəfərə başa salmağa çalışırdı ki, o şəkər xəstəsidir, ondan əl çəksinlər, narahat etməsinlər. Hətta baş daşının hazır olduğunu, özünə məzar yeri seçdiyini də deyirdi”.

Şəkər xəstəsi olan Ədalət Əsgəroğlu dünən gecə insultdan keçinib.

view 2421 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news