Prezident Markesə görə başsağlığı verdi

Prezident Markesə görə başsağlığı verdi
calendar 18 aprel 2014
clock 20:40

Azərbaycan prezidenti İlham Əliyev Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiya prezidenti Xuan Manuel Santosa başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

view 1744 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news