“Azərbaycan mühacir poeziyası” kitabı nəşr olunub

“Azərbaycan mühacir poeziyası” kitabı nəşr olunub
calendar 13 oktyabr 2014
clock 15:59

Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının “Azərbaycan mühacir poeziyası” kitabı dərc olunub. Kulis.Azın məlumatına gör kitab Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.

Kitabdakı icmal-oçerklərdə Azərbaycan mühacirət poeziyasının araşdırılma vəziyyəti dəyərləndirilir, onun təşəkkül və inkişafının özəlliklərindən bəhs edilir.

Mühacirət poeziyamızın beş görkəmli nümayəndəsinin-Məhəmməd Sadıq Aranın, Müseyib Zəyəmin, Almas İldırımın, Alazan Baycanın və Teymur Atəşlinin yaradıcılığı haqqında isə ayrıca portret-oçerklər verilib.

view 1490 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news