Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala gedir

 Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala gedir
calendar 5 sentyabr 2017
clock 09:31

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Sözügedən festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.

Teatrdan bildirilib ki, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar Artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacaq. Səhnə əsəri oktyabrın 27-də təqdim olunacaq. Tamaşa indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin də teatrları iştirak edəcək. /azertag.az/

view 1050 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news