Azərbaycanlı rejissor Qazaxıstanda tamaşa hazırlayıb

Azərbaycanlı rejissor Qazaxıstanda tamaşa hazırlayıb
calendar 22 yanvar 2018
clock 10:34

Azərbaycanlı rejissor və rəssamın iştirakı ilə Qazaxıstanın Karaqanda şəhər teatrında tamaşa hazırlanıb.

Kulis.az-ın verdiyi xəbərə görə, Amerika dramaturqu Nil Saymonun K.Stanislavski adına Karaqanda Dövlət Xalqlar Dostluğu Ordenli Rus Dram Teatrında səhnələşdirilən “Səfehlər” əsərinə rejissor Mikayıl Mikayılov quruluş verib.

Tamaşanın rəssamı Sumqayıt Dram teatrının əməkdaşı Mustafa Mustafayevdir. İki hissəli attraksion kimi təqdim olunan tamaşada rəssam əsərdə bəhs olunan səfehlər kəndini göstərmək üçün müxtəlif ölçülü velosiped çarxlarından istifadə etmişdir.

Komediyanın premyerası yanvarın 21-də keçirilib.

view 1040 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news