Parisdə azərbaycanlı rəssamların əsərləri sərgilənir

Parisdə azərbaycanlı rəssamların əsərləri sərgilənir
calendar 4 aprel 2019
clock 10:06

Parisdə Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) və “Asmar Art” Assosiasiyasının birgə təşkilatçılığı ilə “Village Suisse” incəsənət qalereyaları və antikvarlar mərkəzində azərbaycanlı rəssamların əsərləri sərgilənir.

Mərkəzin “Beaute du matin calme” qalereyasında təşkil olunmuş sərginin əsas məqsədi Azərbaycan incəsənət nümayəndələrinin yerli ictimaiyyətə tanıdılmasıdır. Sərgidə azərbaycanlı rəssamlar - Fransada yaşayan Sahib Əsədli və Belçikada yaşayan Əli Seyranın əsərləri nümayiş olunur. Bu rəssamların Fransa və Belçikada dəfələrlə fərdi sərgiləri keçirilib.

Sərgidə ölkəmizin tarixi abidələrini, təbiətini əks etdirən tablolar, eləcə də natürmortlar ziyarətçilərin marağına səbəb olub.

Sərgi aprelin 8-ə qədər davam edəcək.

view 2287 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news