Əkrəm Əylisli artıq Yazıçılar Birliyinin üzvü deyil

Əkrəm Əylisli artıq Yazıçılar Birliyinin üzvü deyil
calendar 8 fevral 2013
clock 12:12

“Yazıçı Əkrəm Əylislinin Yazıçılar Birliyi üzvlüyündən çıxarılması məsələsinə baxılmayacaq”. Bu barədə Kulis.Az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin nəticəsi olaraq bu cür qərar qəbul edilib: “Mən məsləhətləşdim, dedilər ki, bu adam 1995-ci ildən üzvlük haqqı vermir. Bundan başqa Əkrəm Əylisli Yazıçılar Birliyindən çıxdığını bəyan edib. Yəni o faktiki olaraq Yazıçılar Birliyinin üzvü deyil”.

view 4185 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news