“Azdrama” mövsümə “Qarabağnamə” ilə yekun vuracaq

“Azdrama” mövsümə  “Qarabağnamə” ilə yekun vuracaq
calendar 3 iyul 2017
clock 15:52

Akademik Milli Dram Teatrı mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

Kulis.azın verdiyi xəbərə görə, tamaşa iyulun 9-da nümayiş olunacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.

view 1473 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news