Türkiyənin populyar detektiv romanı Bakıda nəşr olundu

Türkiyənin populyar detektiv romanı Bakıda nəşr olundu
calendar 22 fevral 2013
clock 18:31

Tanınmış Türkiyə yazıçısı, "Kurtlar Vadisi” serialının ssenari müəlliflərindən olan Ahmet Ümitin həm öz ölkəsində, həm də beynəlxalq kitab bazarında yüksək tirajla satılan "Sis və gecə” detektiv romanı Azərbaycan dilinə tərcümə edilərək çap olunub..

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, "Sis və gecə”nin Azərbaycanda çap olunması və yayımı üzrə hüquqlar yalnız adıkeçən nəşriyyata məxsusdur. Kitabın tərcüməçisi Rüfət Əhmədzadə, redaktoru Oktay Hacımusalı, naşiri isə Müşfiq Xandır.

Bildirilir ki, bu kitab Azərbaycan oxucularının müasir Türkiyə ədəbiyyatı ilə tanışlığını artırmaqla yanaşı, həm də detektiv janrında maraqlı bir nümunə kimi ölkəmizin kitab bazarına daxil olacaq.

view 3048 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news