Azərbaycanlı rəssam Beynəlxalq Karikatura festivalında

Azərbaycanlı rəssam  Beynəlxalq Karikatura festivalında
calendar 12 yanvar 2018
clock 16:35

Rəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir.

Bu haqda məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu ”Musiqi və həyat”dır.

Rəssam festivala iki əsərlə qatılıb. Ötən il həmin yarışmada Soltan Soltanlının “At kimindir” əsəri seçilən yüz əsərlə kataloqa daxil edilib. Rəssamın festivala təqdim etdiyi növbəti əsəri “Musiqiçi” adlanır.

Qeyd edək ki, yarışmada əsərlər beynəlxalq juri tərəfindən seçilir.

view 1067 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news