Elçin Hüseynbəyli AYB-dəki vəzifəsindən uzaqlaşdırıldı

Elçin Hüseynbəyli AYB-dəki vəzifəsindən uzaqlaşdırıldı
calendar 3 fevral 2014
clock 17:55

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının rəhbərliyində dəyişiklik edilib.

Bu barədə Kulis.az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Gənclər Şurasının sədri postuna gənc şair Elşad Ərşədoğlu, müavini isə Xəyal Rza seçilib. İndiyədək Gənclər Şurasının sədri Elçin Hüseynbəyli, müavini isə Aydınxan Əbilov idi.

Xəyal Rza bildirib ki, Gənclər Şurasının əvvəlki tərkibi ötən qurultaydan öncə seçilmişdi. Yaxın günlərdə yeni qurultay keçiriləcəyindən Gənclər Şurasının tərkibi yenindən formalaşdırılıb.

view 3368 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news