Məşhur əcnəbi rejissor Amaliya Pənahova üçün tamaşa hazırlayır

Məşhur əcnəbi rejissor Amaliya Pənahova üçün tamaşa hazırlayır
calendar 20 may 2014
clock 14:24

Kulis.az-ın xəbərinə görə, Baki Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq elmləri doktoru, professor Amaliya Pənahovonanın səhnə fəaliyyətinin 50 illiyi beynəlxalq teatr layihəsi ilə qeyd olunacaq. Məşhur Polşalı teatr və kino xadimi ,rejissor Kşiştof Zanussi Amaliya Pənahovanın səhnə fəaliyyətinin yubileyini müəllifi olduğu pyesi ilə təbrik edəcək. Zanusinin quruluş verdiyi “Qadın oyunları” tamaşası Xalq artisti Amaliya Pənahovanın benefisidir. Bu günlər Polşada , Varşavada Amaliya xanımın və həmkarlarının iştirakı ilə gərgin məşqlər gedir. May ayının axırına təhvil veriləcək tamşanın premyerası Bakıda iyun ayında keçiriləcək.

view 1997 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news