Aktrisalara estetik əməliyyat QADAĞASI

Aktrisalara estetik əməliyyat QADAĞASI
calendar 2 iyul 2014
clock 11:41

İranda estetik əməliyyatların geniş yayılması televiziyanın səlahiyyətli nümayəndələrini hərəkətə gətirib. Bundan sonra estetik əməliyyat edən gənc aktyorlar işə götürülməyəcək.

Bu barədə İranın rəsmi İSNA agentliyi xəbər yayıb.

Tehran televiziyasının film və serial bölümünün direktoru Əli Əkbər Mahmudi Mehrizi deyib: “Gözəllik və ya üz əməliyyatı etdirmiş aktrisa və aktyorlara bundan sonra sıramızda yer yoxdur”.

Qeyd edək ki, İran estetik əməliyyatların ən çox edildiyi ölkələrdəndir.

view 3197 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news