II Qarabağ müharibəsindən bəhs edən kitabın təqdimatı olacaq

II Qarabağ müharibəsindən bəhs edən kitabın təqdimatı olacaq
calendar 21 iyun 2013
clock 10:44

Gənc yazar Sərdar Aminin 23 iyun saat 12:00-da Gənc Tamaşaçılar Teatrının qarşısında yerləşən "Əli və Nino" kitab mağazasında “Qaratoyuq nəğməsi” kitabının təqdimatı keçiriləcək. Kulis.Azın məlumatına görə kitab müəllifin ilk romanıdır.

“Qaratoyuq nəğməsi” romanı hələ başlamayan II Qarabağ müharibəsinə həsr olunub. Romanda müharibənin acıları humanist bir gəncin taleyi üzərindən göstərilib.

view 1569 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news