35 milyonluq varidatından uşaqlarına heç nə verməyən aktyor

35 milyonluq varidatından uşaqlarına heç nə verməyən aktyor
calendar 23 iyul 2014
clock 13:01

Bu ilin fevral ayında narkotik maddə qəbulundan dünyasını dəyişmiş məşhur amerikalı aktyor Seymur Hoffmanın vəsiyyəti açıqlanıb. Kulis.Azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə aktyor 35 milyon dollarlıq varidatını arvadı Mimi O Donnellə vəsiyyət edib, uşaqlarına isə heç nə saxlamayıb.

Aktyorun mühasibinin dediyinə görə, o həmişə uşaqlarının müstəqil yaşamasını və başqasının hesabına həyat sürməsini istəməyib.

Beləliklə pullar onun üç uşağının anasının adına keçirilib. Hoffman ailə institutuna heç vaxt inanmayıb, ona görə də 14 il yaşadığı qadınla nikaha girməkdən imtina edib.

Xatırladaq ki, Hoffman “Kapote” filmindəki roluna görə “Oskar” alıb. “Master” filmindəki roluna görə isə Venetsiya festivalının mükafatına layiq görülüb.

view 2906 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news