Bunu APA-ya açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, əməliyyatdan sonrakı kimyaterapiyalar başa çatıb: “Türkiyədə dörd dəfə kimyaterapiya keçdim, həkimlər əməliyyatın nəticəsini yaxşı qiymətləndirdilər. İndi işə çıxıram, yuxumda, yeyib-içməyimdə ciddi problem yoxdur. Amma hər halda, bu xəstəlik elədir ki, daim həkim nəzarətində olmalıyam”.
R. Hüseynov əlavə edib ki, növbəti dəfə müayinə olunmaq üçün avqustun sonunda Türkiyəyə yollanacaq.
- Həmyerlimiz Sankt-Peterburqda çıxış edəcək
- Süleyman Dəmirəldən yardım istədi, Şəhriyarın cavabından qəhərləndi, iranlı tələbələrə yardım etdi - Doktor Cavad Heyət haqqında maraqlı faktlar
- Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqında qəribə aforizmlər
Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.