Kulis “Blitz müsahibə” layihəsindən yazar Nərmin Kamalın cavablarını təqdim edir.
- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?
- Bilmirəm. Azərbaycan ədəbiyyatını orta məktəbdə oxuduğumdur, sonra oxumamışam, planımda var ki, bu yay məşğul olum.
- Tural Balabəyli: “Fahişə”-Ən qısa hekayə
- "Time" jurnalı Zelenskini "İlin adamı" seçdi
- Anası onu atıb ərə getdi, qardaşı süd qazanında yandı, küçədə şərlənib tutuldu - “20 yanvar”a görə infarkt keçirən sənətkar
- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?
- Bütün sevdiyim yazıçıların davamçısıyam.
- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?
- Edir.
- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?
- Kitabları olmasa da, xaricin ədəbiyyat jurnallarını oxumalıdırlar, qırğının nə üstündə getdiyini bilmək üçün və yüksək səviyyəli əsərlər yazmalıdırlar.
- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?
- Yazıçıların internetdə vaxt itirməsi pis təsir edir, qalan heç bir qorxusu yoxdur. Mən hamıya xoşbəxtlik arzulayıram.