Məşhur rejissorun zorladığı 13 yaşlı qızın başına gələnlər kitab oldu

Məşhur rejissorun zorladığı 13 yaşlı qızın başına gələnlər kitab oldu
calendar 22 avqust 2013
clock 16:49

Amerikalı Samanta Qeymerin 13 yaşında məşhur rejissor Roman Polanskiylə birlikdə yaşadığı seks barədə yazdığı kitab 3 oktyabrda Fransada satışa çıxarılacaq. “Habetürk”ün verdiyi xəbərdə belə deyilir.


S. Qeymer, “Moi, Samantha, 13 ans, violée par Roman Polanski” (“Mən, Samanta, 13 yaşındayam, Roman Polanski məni zorladı”) kitabında baş verənləri ilk dəfə öz dilindən danışacaq.

Zorlama hadisəsi 1977-ci ildə məşhur aktyor Cek Nikolsonun evində foto seans zamanı baş vermişdi. O zaman məşhur rejissor R. Polanskinin 43, S. Qemerin isə 13 yaşı vardı. Məlum hadisədən sonra 42 gün həbsdə yatan R. Polanski qeyri-qanuni cinsi əlaqəyə girməkdə ittiham olunurdu. Bundan sonra rejissor ABŞ-dan qaçmış və uzun müddət Amerika məhkəməsinə təslim olmamışdı.

view 2635 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news