“Ötən günlərimi qaytaraydılar” - UNUDULMAZ MAHNILAR

“Ötən günlərimi qaytaraydılar” - UNUDULMAZ MAHNILAR
calendar 29 dekabr 2016
clock 11:24

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Rəfiq Zəkanın sözlərinə Elza İbrahimovanın bəstələdiyi “Ötən günlərimi qaytaraydılar” mahnısını Akif İslamzadənin ifasında təqdim edirik.

Sözləri

Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim.

Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim.

Nəqarət

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim.

Elə ayrıldıq ki, səninlə ey gül
Bir də ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik.

view 10838 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news