Karlovı Varı Beynəlxalq Film Festivalında Azərbaycan filminin dünya premyerası keçirilib

Karlovı Varı Beynəlxalq Film Festivalında Azərbaycan filminin dünya premyerası keçirilib
calendar 11 iyul 2014
clock 17:35

Karlovı Varı Beynəlxalq Film Festivalında “Axınla aşağı” (Azərbaycan) filminin dünya premyerası keçirilib.

Kinostudiyadan APA-ya verilən məlumata görə, festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salar, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, filmin prodüseri Müşfiq Hətəmov, Milli Məclisin deputatı Aqil Abbas və yazıçı-publisist İradə Tuncay iştirak ediblər.

“Axınla aşağı” bədii filmi festivalın “East of the West” müsabiqəsində, 12 film arasında yarışacaq. “Axınla aşağı” psixoloji ailə dramıdır. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

view 1347 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news