Milanda “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası – FOTOSESSİYA

Milanda “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası – <span style="color:red;">FOTOSESSİYA
calendar 25 fevral 2015
clock 13:20

İtalyanın Milan şəhərindəki “Teatro Filodramaticci”də Xocalı soyqırımından bəhs edən “Angelo rosso a Khodjaly” (“Xocalıdakı qırmızı mələk”) tamaşasının premyerası keçirilib.

APA-Holdinq”in Milana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa “APA Holdinq”ə daxil olan “lent.az” saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi “lent.az”ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır.

Tamaşada Milan teatrının aktyor heyəti rol alıb.

Tamaşa Azərbaycan və İtaliya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

Premyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.

view 1060 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news