Müharibədə kişiliyini itirən, əsgərlərinə rezin sevgililər düzəltdirən, kokainlə müalicə olunan diktator – Hitler müəmması davam edir

Müharibədə kişiliyini itirən, əsgərlərinə rezin sevgililər düzəltdirən, kokainlə müalicə olunan diktator – Hitler müəmması davam edir
calendar 30 aprel 2020
clock 16:34

Dünyada ən çox araşdırlan və danışlan 5 şəxsdən biri alman diktatoru Adolf Hitlerdir. Kulis.az Hitlerin həyatında kölgədə qalan bir neçə maraqlı faktı təqdim edir.

- Adolfun əsl soyadı Hitler deyil, Şiklqruberdir (Schicklgruber). Atası Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşıyıb, lakin həmin il ögey atasının soyadını qəbul edib.

- Adolf Hitler əksər adamların bildiyi kimi alman deyil, avstriyalıdır. Avstriyanın Braunauam qəsəbəsində doğulub.

- Yəhudi soyqrımının banisi kimi tanınsa da, özü yəhudi əsillidir.

Gallery

- Hitler xədim olub. Birinci Dünya Müharibəsi zamanı ağır yaralandıqdan sonra Yohan Cambor adlı bir türkəçarə-həkim tərəfindən xayalarından biri çıxarılıb.

- Alman əsgərlərini müharibə zamanı fransız qadınlardan cinsi xəstəliyə yoluxduğunu biləndən sonra, əsgərlərin hərbi çantalarına seks oyuncaqları (şişmə rezin qadın) qoydurub.

- Vegeterian olub. Bunun səbəbi isə faunaya olan sevgisi deyil, səhhətindəki problemlə bağlıdır.. Həkimlərin məsləhəti ilə heyvani qidalardan uzaq qalıb.

- 6 milyonu yəhudi olmaqla 11 milyon insanın ölümündə günahlandırılan Hitler özü heç vaxt düşərgələrdə olmayıb, "əsir düşərgələri" ifadəsini dilinə belə gətirməyib.

Gallery

- Kiçik yaşlarından rəssam olmaq istəyib. İki dəfə Vyana İncəsənət Akademiyasına müraciət etsə də, qəbul ola bilməyib. Evsiz qaldığı vaxtlarda çəkdiyi rəsmləri küçədə sataraq dolanıb.

- Mədə bağırsaq problemi olub. Tez-tez qaz qaçırır və ağzından kəskin qoxu gəlirmiş.

- Yuxusuzluqdan ciddi əziyyət çəkir, hər gün saat 5-də yatıb 9-da işinin başında olurmuş. Eyni zamanda parkinson xəstəsi olduğu qeyd edilir.

- Şirini çox sevirmiş. Bəzi günlər 1 kq şokalad yeyirmiş.

Gallery

- Heç vaxt siqaret çəkməyib və spirtli içki içməyib. Alman xalqına da bu vərdişlərdən uzaq durmaq barədə dəfələrlə çağırış edib.

- Tibbi göstərişlə gündə 2 dəfə kokain qəbul edirmiş. Həkimi Teodor Morellin reseptlərindən aydın olur ki, qəbul etdiyi bütün dərmanların tərkibində kokain olub, hətta göz damcısında da.

- Eva Braun onunla evli olarkən ərinin diqqətini çəkə bilmirmiş. Bu diqqətsizlikdən xilas olmaq, Hitlerin diqqətini çəkmək üçün 2 dəfə intihara cəhd edib.

Gallery

- 1938-ci ildə məşhur "Time" jurnalı Adolf Hitlerə "İlin adamı" adını verib.

- Ən kəskin heyvan haqları müdaiəçisidir, amma yenə də bu işi heyvansevərliyi səbəbi ilə deyil, sırf Almaniya ərazisində yaşayan heyvanların digər heyvanlardan daha üstü olduğunu düşündüyü üçün edirmiş.

view 6837 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news