Şaiq Vəlini itirdik

Şaiq Vəlini itirdik
calendar 6 fevral 2013
clock 18:49

Tanınmış şair Şaiq Vəli bu gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib. Bu barədə Kulis.Az-a şairin dostu jurnalist Umud Rəhimoğlu xəbər verib.

Mərhumla vidalaşma mərasimi sabah saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.

Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olan istedadlı şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeirləri uzun müddət dövri mətbuatda çap olunub.

Allah rəhmət eləsin!

view 3924 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news