Aristotelin qəbri tapıldı

Aristotelin qəbri tapıldı
calendar 31 may 2016
clock 11:01

Qərb sivilizasiyasının təməllərindən biri sayılan yunan filosof Aristotelin qəbri Halkidiki yarımadasındakı Stagira bölgəsində tapılıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, yunan arxeoloq Kostas Sismanidis 20 illik araşdırma nəticəsində məşhur filosofun qəbrini ortaya çıxardıb. Qəbir Aristotelin doğulduğu Selanikdən 73 kilometr uzaqlıqdadır.

Selanikdə “Aristotel 2400 il” mövzusundakı konfransda Koktas Sismanidis filosofun məzarının 5-ci əsrə aid qalıqlar arasından tapıldığını açıqlayıb.

Həyatının böyük bir hissəsini Aristotelin məzarını axtarmağa həsr edən və araşdırmalarını üç cilddə toplayan Sismanidis Stagiradakı antik şəhərin qərbində tapılan kəmərli tikilinin məşhur filosofun məzarı olduğunu qeyd edib.

Sismanidis daha sonra bir neçə Aristotel mütəxəssisi ilə Stagira bölgəsini ziyarət edib araşdırmaları davam etdirəcəklərini açıqlayıb.

view 1559 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news