Salvador Dalinin qəbri açılacaq

Salvador Dalinin qəbri açılacaq
calendar 26 iyun 2017
clock 22:37

Madrid Məhkəməsi atalığın müəyyənləşdirilməsi iddiası ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, bu barədə bu gün EFE agentliyi məlumat yayıb.

Pilar Abel adlı qadın S. Dalinin qızı kimi tanınmasını tələb edib və məhkəmə də atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar verib.

Qeyd edək ki, S. Dali 1904-cü il mayın 11-də anadan olub, sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir. Yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan rəssam 23 yanvar 1989-cu ildə Kataloniya vilayətinin Fiqeras şəhərində vəfa edib.

view 1258 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news