“Azdrama”da “Medeya” tamaşası olacaq

"Medeya" tamaşası

"Medeya" tamaşası

calendar 4 mart 2022
clock 18:20

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin "Medeya" əsəri əsasında eyniadlı mono-tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, rəqslərə quruluş verən Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Medeya rolunda əməkdar artist Münəvvər Əliyeva çıxış edir.

Tamaşanın premyerasının keçirilmə tarixi haqqında əlavə məlumat veriləcək.

view 2102 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news