“Çəkməli pişik” operası təqdim ediləcək

“Çəkməli pişik” operası təqdim ediləcək
calendar 8 aprel 2023
clock 11:39

Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı azyaşlı tamaşaçıları üçün Leonid Vaynşteynin “Çəkməli pişik” operasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, bu barədə teatrdan bildirilib.

Librettosunun müəllifi bəstəkarın özü olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.

İki pərdəli operada çəkmə vasitəsilə üstün bacarıqlarını ortaya çıxaran pişik, qısa müddətdə qəhrəmana çevrilir. Azyaşlı tamaşaçılar bu qəhrəmanın hekayəsini operada maraqla izləyə biləcəklər.

view 2234 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news