“Dejavü” tamaşası yenidən nümayiş olunacaq

“Dejavü” tamaşası yenidən nümayiş olunacaq
calendar 21 aprel 2022
clock 14:30

Aprelin 23-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan “Dejavü” tamaşası uzun müddət fasilədən sonra yenidən nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.

Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.

view 1855 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news