ƏSA teatrı beynəlxalq mükafata layiq görüldü

ƏSA teatrı beynəlxalq festivalda

ƏSA teatrı beynəlxalq festivalda

calendar 30 oktyabr 2021
clock 16:10

Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.

Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada Qələbə Memorial Kompleksində təntənəli şəkildə baş tutub. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.

view 5529 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news