Laçında teatr açmaq istəyən aktyor – Müzakirə

Laçında teatr açmaq istəyən aktyor – Müzakirə
calendar 21 sentyabr 2021
clock 10:33

Bu gün saat 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində “Dəhlizdə” sənədli filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, gənc rejissor Amil Amalın quruluş verdiyi filmin baş qəhrəmanı aktyor Rauf Şahsuvarovdur.

Əslən Laçından olan aktyorun ən böyük arzusu doğulduğu Laçın şəhərinə qayıtmaq və orada teatr açmaqdır. Ancaq o, hələ ki, bu arzusunu reallaşdıra bilmir.

Tədbirin moderatoru kino tənqidçisi Sevda Sultanovadır. O, filmin rejissoru Amil Amal və aktyoru Rauf Şahsuvarovla ekran əsərini müzakirə edəcəklər.

Xatırladaq ki, Film “Chaikhana Media”nın istehsalıdır.

view 4451 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news