Mikayıl Müşfiqə ithaf olunmuş tamaşa göstəriləcək

şair Mikayıl Müşfiq

şair Mikayıl Müşfiq

calendar 20 oktyabr 2021
clock 11:30

Görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” adlı tamaşa nümayiş ediləcək.

Bu barədə Kulis.aza Akademik Milli Dram Teatrından məlumat veriblər.

Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

Tamaşa oktyabrın 22-si saat 19-da nümayiş olunacaq.

view 5176 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news