Oktyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Sən həmişə mənimləsən” tamaşası yenidən nümayiş olunacaq.
Teatrdan Kulis.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
“Sən həmişə mənimləsən” pyesi teatr səhnələrində illər əvvəl tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır. Tamaşada cərəyan edən hadisələr müasir zamanla səsləşir.
- Ən güclü 10 anime personajı
- “Düma ilə Coys arasında” kitabının müzakirəsi keçirilib
- Sevinc Elsevərin kitabı İranda çap olundu
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.