Tamaşalar festivalı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət Nazirliyi

Azərbaycan Dövlət Mədəniyyət Nazirliyi

calendar 29 oktyabr 2021
clock 14:45

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabrın 2–dən 5-dək 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək.

Teatr Xadimləri İttifaqından Kulis.az-a bildirilib ki, tarixi hadisəyə həsr olunmuş festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığı, qalib Azərbaycanımızın tarixində əbədi qalacaq Zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

Festivalda münsiflər heyəti tərəfindən seçilən tamaşalar nümayiş oynanılacaq və qaliblər mükafatlandırılacaq.

Festivalın açılışı noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təşkil olunacaq.

view 5422 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news