Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri

Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri
calendar 9 fevral 2023
clock 11:40

Kulis.az Tural Cəfərlinin "Küləkləri qapılar qovar bayıra..." adlı şeirini təqdim edir.

Türkiyədə zəlzəzə zamanı həyatını itirən insanların ruhuna ehtiramla...

Ağacları küləklər üşüdər,
Küləkləri qapılar qovar bayıra,
Qapıları qıfıllar incidər...
Beləcə nə küləyə qucaq açılar,
Nə ağaclara sarılmaz kimsə...
Əlimi buraxma, ATA!

Məni məktəbimizə apar yenə,
Yenə mənə nəsə al qonşunun dükanından...
Bilirəm, cibindəki qəpiklərin səsindən
Ürəyinin döyüntüsü bir deyil...
Əlimi buraxma, ATA!

Sevdiyimiz mahnıları,
Baxdığımız filmləri,
Bir də dinləmək üçün,
Bir də seyr etmək üçün,
Əlimi buraxma, ATA!

Günəşi görürsənmi,
Bəs buludları necə?
Qırmızı donum var ha,
Ad günümdə aldığın,
Onu geyinib yenə,
Günəşə bənzəyəcəm,
Buludlarda gəzəcəm...
Əlimi buraxma, ATA!

Əlimi buraxma, ATA!

view 3569 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news