Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri

Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri
calendar 15 sentyabr 2022
clock 17:40

Kulis.az İlham Qəhrəmanın “Şəhidlər” şeirini təqdim edir.

Harda adları tutulsa;
Ruhları əyan oğullar.
Başdaşları keşikçitək,
Vətənə həyan oğullar.

Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.

Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.

Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.

view 3549 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news