Qismət Elza Seyidcahana NƏZİRƏ YAZDI

Qismət Elza Seyidcahana <span style="color:red;">NƏZİRƏ YAZDI
calendar 9 oktyabr 2014
clock 13:39

Kulis.az tanınmış şair Qismətin Elza Seyidcahanın sosial şəbəkələrdə yayımlanan şeirinə yazdığı nəzirəni təqdim edir.

Müqtədir sənətkarımız Elza Seyidcahanın ədəbi aləmdə fırtınalar qoparan "Kokuyorum" adlı etiraf dolu fəlsəfi şeirini oxuyandan sonra qərara gəldim ki, bu bənzərsiz şüur axını nümunəsinə bir nəzirə yazım. Getdik!

Müəllif

Salam.

Balam,

necəsən?

Gecə sən

zəng vurdun

rəng vurdun saçına.

Yaxşı elədin,

əcəb elədin,

tələb elədin -

dedin ki, gəl.

Gəlirəm,

kokum da gəlir,

həyəcanım

şokum da gəlir,

cərəyanım,

tokum da gəlir.

Nar kimi sıxıldım,

sokum da gəlir.

Sonra, sonra, yalnız sonra

sən gərək durub

paltarları dəst edəsən,

məni kokunla məst edəsən.

Geri gəl, geri

buzlu kola,

kartoşka fri,

ikisindən biri -

ya sən, ya da sən.

Dünyamı sirk eləmə,

Allah birdi, şirk eləmə,

məni tərk eləmə.

Boş ver hər şeyi

mən tənha gözəl,

sən Jan Batist Qrenuy,

kokumu duy!

Ver,

əlini ver,

ey milli Parfümer!

İncə-incə səninləyəm,

gündüz-gecə səninləyəm,

mən sadəcə səninləyəm,

gedək küncə, səninləyəm,

Bakı-Gəncə səninləyəm,

vallah məncə səninləyəm.

Odey görürsən

gözəgörünməz bir əl

səhərin üstünə qara boyaq yaxır...

Yadıma düşmüşkən,

özün necəsən? Bişey-mişey çıxır ?

Buzovna-Peredelkino, 2079-cı il.

view 3812 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news