"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi

"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
calendar 29 may 2020
clock 14:40

"Altun kitab” nəşrlər evi "Login" mağazalar şəbəkəsi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu il də "Sevgi gətir, kitab apar!” adlı layihəyə start verir.

Kulis.az xəbər verir ki, mayın 30-da start veriləcək və iyunun 15-də başa çatacaq kampaniya şərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək mağazalarımıza gətirə və əvəzində 2 kitab hədiyyə ala bilərlər.

Hədiyyələrin sayı artıq da ola bilər; məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir.

Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.

Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça/məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.

Bundan başqa, "Login" mağazalar şəbəkəsinin alıcılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi sürprizlər gözləyir. Bu sürprizlərin nədən ibarət olduğunu həmin gün mağazalara təşrif buyuran müştərilər özləri görəcəklər.

Ümumilikdə 2000-dən çox kitab və müxtəlif məktəbli ləvazimatlarından ibarət hər iki aksiyanın keçiriləcəyi mağazaların ünvanlarını və əlaqə telefonlarını təqdim edirik:

LOGİN–1: Bakı, Puşkin k., 32, (28 May metrosu) (050) 202-24-10

LOGİN–2: Bakı, X.Məmmədov k., 2944A, (H.Aslanov metrosu) (050) 212-24-10

LOGİN–3: Xırdalan, H.Əliyev p., 167 (AAAF Park) (050) 274-24-10

# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news