14 dekabrda Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib.
Kulis.az-ın verdiyi xəbərə görə, Kitabevim.az mağazasında baş tutan təqdimat mərasimində oxucularla yanaşı, ədəbiyyat adamları, incəsənət nümayəndələri və jurnalistlər iştirak edib.
Kitabın naşiri Müşfiq XAN çıxış edərək “Azğın” romanının bədii keyfiyyətlərindən söz açıb, əsərin müasir yerli ədəbiyyatda hadisə olduğunu vurğulayıb. Qonaqlardan Cavidan Novruz, aktyor Elməddin Cəfərov, jurnalist Ceyhun Musaoğlu söz alaraq təbriklərini bölüşüblər.
- 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
- Bakıda aktyor və arvadını öldürənlər həbs edildi
- Viktor Pelevinin yeni romanı çap olundu
Çıxışlardan sonra müəllif oxucular üçün yeni kitabını imzalayıb.
Qeyd edək ki, Cəlil Cavanşirin sayca 3-cü romanı, ümumilikdə 10-cu kitabı olan “Azğın” romanı “XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” silsiləsində nəşr olunub.