"Birinci Qarabağ müharibəsi" olmayıb – Çingiz Abdullayev yazır...

"Birinci Qarabağ müharibəsi" olmayıb – Çingiz Abdullayev yazır...
calendar 27 sentyabr 2021
clock 12:53

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin Vətən müharibəsi haqda özünün feysbuk hesabında etdiyi paylaşımı Azərbaycan dilinə çevirərək təqdim edir.

Sentyabrın 27-də Azərbaycan xalqının öz torpaqlarını azad etmək uğrunda Vətən savaşı başladı. Mən "Birinci" və "İkinci Qarabağ savaşı" terminlərinin əleyhinəyəm. "Birinci Qarabağ müharibəsi" olmayıb.

Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda bizim sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər.

Xocalıda da belə olmuşdu. Bir çox digər rayonlarımızın işğalı zamanı da belə olmuşdu. Qonşular ölkəmizin daxilində hakimiyyətə can atan qüvvələrin məqsədli şəkildə yaratdığı xaosdan istifadə edirdilər. Həmin savaşda biz böyük torpaqlar itirdik, ancaq onlar qalib gələ bilmədi. Biz qonşularımızın Azərbaycan torpaqlarını işğal etmək üçün başlatdığı həmin alçaq və ədalətsiz savaşı uduzduq.

O zaman ölkəmizin biryolluq dağılmasının qarşısını situasiyanı düzgün qiymətləndirmiş Heydər Əliyevin müdrikliyi aldı.

Ötən il isə torpaqlarımızın azad olunması ilə nəticələnən müharibə başladı. Bu müzəffər savaşa Heydər Əliyevin oğlu İlham Əliyevin başçılıq etməsi də simvolikdir.

Və artıq bu müharibədə təcavüzkar yaranmış vəziyyətlə barışmayan xalq və onun ordusu ilə üz-üzə gəldi. Ən vacib fakt isə odur ki, bu müharibədə şəhid olan, yaralanan gənclərin demək olar heç biri işğal edilmiş o torpaqları görməmişdi. Onlar Şuşanı, Ağdamı, Laçını və digər rayonları görməmişdi. Ancaq onlar öz Vətəni, öz torpaqları, xalqının şərəf və ləyaqəti uğrunda savaşa getdilər.

Azərbaycan xalqı 44 günlük müharibənin yekununda göstərdi ki, öz azadlığı və müstəqilliyi uğrunda savaşmağa hazırdır!

# 3136 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news